May 04 2020 18:03
Elshad Aliyev
Views: 137

Qazaxıstanda koronavirus infeksiyasına daha 40 yoluxma halı qeydə alınıb. Qazaxıstan dövlət baş sanitar həkimi Ayjan Yesmaqambetova ölkədə koronavirusla bağlı vəziyyətinin sabitləşdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanda ümumilikdə koronavirusa yoluxanların sayı 4028-dir. COVID-19-dan ölənlərin sayı 27-ə, sağalanların sayı isə 1107-ə çatıb.

Ölkədə karantin tədbirlərinin yumşaldılması prosesi tədricən həyata keçirilir. Artıq bir çox müəssisələrin fəaliyyəti bərpa edilir.


Create Account



Log In Your Account