Qazaxıstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Almaniyadan geri dönən iki Qazaxıstan vətəndaşında COVID-19 aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan Səhiyyə naziri Yerjan Birtanov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə biri kişi, digəri qadın olan Qazaxıstan vətəndaşları Almatıya Almaniyadan müxtəlif reyslərlə - martın 9 və 12-də qayıdıblar. Martın 12-də gələn təyyarənin sərnişinlərinin hamısı karantinə yerləşdiriliblər.
Yeri gəlmişkən, Qazaxıstana COVID-2019 virusuna yoluxma sayının yüksək olduğu ölkələrdən 2 914 nəfər gəlib. Ancaq rəsmi olaraq ölümcül virus qeydə alınmayıb.
Xatırladaq ki, martın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusun pandemiyası səbəbindən bütün ictimai tədbirlərin ləğv olunduğunu açıqlayıb.