Mar 24 2020 11:00
Elshad Aliyev
Views: 30

Qazaxıstanın Nur-Sultan və Almatı şəhərində koronavirusa iki yeni yoluxma halı qeydə alınıb.

APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Qazaxıstan Səhiyyə Nazirliyi bildirib ki, hazırda ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 68 nəfərdir.

Bu günə qədər Nur-Sultanda 35, Almatıda 29, Qarağanda 2, Almatı və Aktobe vilayətlərinin hərəsində isə bir virusa yoluxma hal qeydə alınıb.

Qeydə edək ki, koronavirusla əlaqədar Qazaxıstanda martın 15-dən aprelin 15-dək fövqəladə vəziyyət elan edilib. Bundan başqa, martın 19-da Nur-Sultan və Almatıda karantin rejiminin tətbiqinə başlanılıb.


Create Account



Log In Your Account