Apr 27 2020 16:44
Elshad Aliyev
Views: 147

Qazaxıstan Dövlət Komissiyası yanında fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Operativ Qərargahın yaydığı məlumatda bildirilir ki, ölkədə indiyədək qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 2791-ə çatıb.

AZƏRTAC xəbər verir ki, ölkə üzrə 820 tibb işçisi COVID-19-a yoluxub.

Ümumilikdə, son məlumata görə koronavirusdan sağalanların sayı 720-ə, ölənlərin isə 25-ə çatıb. Müalicəsi davam etdirilənlərın 15-nin vəziyyəti ağırdır və ağciyərlərin süni havalandırma cihazlarına qoşulub. Son bir sutka ərzində 14 nəfər sağalıb.


Create Account



Log In Your Account