Dec 28 2019 11:43
Elshad Aliyev
Views: 95

Bu gün Qazaxıstanda matəm günü ilə əlaqədar bayraqlar endirilib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünən Almatı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar dekabrın 28-ni matəm günü elan edib.

Matəm günü ilə əlaqədar Qazaxıstan ərazisindəki bütün inzibati binalarda, həmçinin ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin binalarında bayraqlar endirilib.

Ölkədə dekabrın 28-nə nəzərdə tutulan bütün əyləncəli proqramlar və bayram tədbirləri təxirə salınıb.

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus “Fokker 100” tipli sərnişin təyyarəsi Almatı Aeroportu yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində 15 nəfər həlak olub, 35 nəfər xəsarət alıb. Hazırda xəstəxanada olanlardan 14 nəfərin vəziyyəti ağırdır.


Create Account



Log In Your Account