Dec 27 2019 13:08
Elshad Aliyev
Views: 114

“BekAir” aviaşirkətinə məxsus təyyarənin Almatı yaxınlığında qəzaya uğraması ilə əlaqədar Qazaxıstan Hökuməti yanında yaradılan Komissiyanın nümayəndələri dekabrın 27-də hadisə yerinə gediblər.

AZƏRTAC xəbər verir ki, Komissiyanın tərkibinə Qazaxıstanın Baş nazirinin müavini, Sənaye və İnfrastruktur İnkişafı naziri və digər dövlət orqanlarının nümayəndələri daxildir.

Qeyd edək ki, Qazaxıstanda “BekAir” aviaşirkətinin təyyarəsinə uçuşa yararlılıq sertifikatı 2019-cu ilin mayında verilib.

Hazırda hadisənin səbəbləri araşdırılır. Qəzaya uğrayan təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 93 sərnişin, o cümlədən xarici vətəndaşlar olub. Onlardan 2-si Ukrayna, 1-i Qırğızıstan, 1-i Çin, digərləri isə Qazaxıstan vətəndaşlarıdır. Artıq təyyarədə olan bütün sərnişinlərin adları açıqlanıb.


Create Account



Log In Your Account