May 07 2020 16:58
Elshad Aliyev
Views: 94

Rusiyanın "Qazprom" şirkəti mayın 13-dən 19-dək profilaktik işlərlə əlaqədar "Mavi axın" boru kəməri ilə Türkiyəyə qaz tədarükünü dayandırmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS "Qazprom"a istinadən xəbər verir.

"Mayın 13-dən 19-dək "Qazprom" Rusiya ərazisində "Mavi axın" qaz boru kəmərində öncə müəyyənləşdirilmiş profilaktik işlərin aparılmasını planlaşdırır", - şirkətdən bildirilib.

"Mavi axın" Rusiya qazının üçüncü ölkələri keçərək Qara dəniz üzərindən Türkiyəyə çatdırmaq üçün nəzərdə tutulub. Qaz kəmərinin ümumi uzunluğu 1 213 km-dir. Layihə üzrə illik nəqletmə gücü 16 mlrd. kubmetrdir. Kəmər 30 dekabr 2002-ci il tarixində istismara verilib. "Mavi axın"la qazın tədarükü 2003-cü ilin fevralında başlayıb.


Create Account



Log In Your Account