May 04 2020 11:21
Elshad Aliyev
Views: 71

Qəbələ Rayon İcra Hakimiyyəti rəhbərliyinin inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə keçirdiyi videomüşavirədə rayonda koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə həyata keçirilən tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işlərinin gedişi, həmçinin xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlər geniş müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin 2020-ci il 31 may saat 00:00-dək uzadıldığını, eyni zamanda, əhali arasında virusa yoluxma və xəstələrin sağalma dinamikası nəzərə alınmaqla tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul olunduğunu bildirib.

Videomüşavirədəki çıxışında mövcud şəraitdə aparılan dezinfeksiya işlərinə və əhalini narahat edən digər məqamlara da toxunan icra hakimiyyətinin başçısı özünütəcrid şəraitində qalan aztəminatlı ailələrə göndərilən ərzaq sovqatlarının çatdırılması məsələsini də qeyd edib, proses zamanı şəffaflığın və çevikliyin tam təmin olunmasının zəruriliyini diqqətə çatdırıb. Sakinlərlə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha yaxından maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etməyin vacibliyini vurğulayan rayon rəhbəri bu istiqamətdə qanunazidd hallara yol verilməməsi ilə bağlı yerli icra nümayəndələri qarşısında ciddi vəzifələr qoyub.

Onlayn müşavirədə yerli icra nümayəndələri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər.

Videomüşavirədə Səbuhi Abdullayev rayon sakinlərini şəxsi gigiyenaya, tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə çağırıb, Operativ Qərargahın qərarlarının icrası ilə bağlı onlara tapşırıq və tövsiyələrini verib.


Create Account



Log In Your Account