Apr 23 2021 15:01
Elshad Aliyev
Views: 105

Aprelin 22-də Qüds şəhərində axşam namazından sonra baş verən iğtişaşlar nəticəsində yüzdən çox fələstinli xəsarət alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

Axşam namazından sonra yüzlərlə gənc müsəlman Qədim şəhərin Dəməşq qapıları önündə etiraz aksiyasına başlayıb. Çox keçmədən kənar sağ yəhudi gəncləri də hadisə yerinə gəlib və onların arasında toqquşma baş verib.

“İğtişaşlar nəticəsində 105 nəfər yaralanıb, onlardan 22-si xəstəxanalara çatdırılıb, digərlərinə isə yerində yardım göstərilib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti orta qiymətləndirilir”, - deyə Qırmızı Aypara Cəmiyyətinin məlumatında bildirilir.

Fələstin rəhbərliyi beynəlxalq cəmiyyətləri Qüds şəhərində yaşayan fələstinliləri təcavüzdən və hücumlardan qorumağa çağırıb. İsrail polisi isə öz növbəsində iğtişaşlar nəticəsində 50-dən çox insanın saxlanıldığını və onların bu gün məhkəmə qarşısına çıxarılacağını bildirib.


Create Account



Log In Your Account