Dec 12 2019 12:15
Elshad Aliyev
Views: 125

Noyabrda qlobal neft tədarükü oktyabr ayı ilə müqayisədə 410 min barrel artaraq gündəlik 99 milyon 780 min barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Bildirilir ki, keçən ay qeyri-OPEC ölkələrinin neft istehsalı da 610 min barrel çoxalaraq sutkalıq 70 milyon 220 min barrel təşkil edib.


Create Account



Log In Your Account