Aug 26 2019 18:39
Ferah Sabirqizi
Views: 79

Qırğız Respublikası prezidenti Sooronbay Jeenbekovun Azərbaycana səfərinin tarixi bəlli olub.

Report.az xəbər verir ki, Qırğızıstanın dövlət başçısı oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək.

Qırğız Respublikasının həmin tədbirdə iştirakı məsələsi bu gün Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun xarici işlər naziri Çingiz Heydərbekovla görüşündə də müzakirə olunub.

Tərəflər həmçinin iki ölkə arasında iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafında qarşılıqlı marağın olmasını bir daha təsdiqləyərək hökumətlərarası komissiyanın növbəti iclasının da təfərrüatını müzakirə ediblər.


Create Account



Log In Your Account