Aug 03 2020 13:10
Elshad Aliyev
Views: 49

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 410 adam yoluxub və virusdan xəstələnənlərin sayı 37 min 129 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, son 24 saatda virusdan 11, ümumiyyətlə isə 1420 xəstə ölüb.

Bildirilib ki, hazırda xəstəxanalarda 7 min 792 pasiyent var.

Son 24 sutkada virusa 20, bütünlükdə isə 2 min 829 tibb işçisi yoluxub.

A.Akmatova deyib ki, sutka ərzində 101 və 80 yaşlı xəstələr koronavirusdan sağalıb.

O deyib ki, ötən gecə Moskvadan 423 Qırğızıstan vətəndaşı, o cümlədən 41 azyaşlı uşaq ölkəyə gətirilib.


Create Account



Log In Your Account