Mar 20 2020 11:20
Elshad Aliyev
Views: 268

Qırğızıstanda koronavirusa yoluxanların sayı 6 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə naziri Kosmosbek Çolponbayev mətbuat konfransında məlumat verib. Bildirib ki, ilk 3 virus daşıyıcısı Cəlalabad vilayətinin Suzak rayonunun sakinləri olub. Onlar Səudiyyə Ərəbistanında ziyarətdə olublar və virus da oradan gətirilib. Koronavirusa yeni tutulan 3 nəfərin virusa yoluxduğu şərait dəqiqləşdirilir.

Nazir deyib ki, hazırda ölkədə koronavirusla bağlı 600-ə yaxın şəxs karantindədir.


Create Account



Log In Your Account