Mar 18 2020 09:36
Elshad Aliyev
Views: 48

Qırğızıstanda koronavirusa ilk 3 yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə naziri Kosmosbek Çolponbayev məlumat yayıb. Nazir deyib ki, onlar Cəlalabad vilayətinin Suzak rayonunun sakinləridir.

Nazir vurğulayıb ki, virusa tutulanlar bu yaxınlarda Səudiyyə Ərəbistanından Qırğızıstana gəliblər və virus da oradan gətirilib.

O vurğulayıb ki, hazırda ölkədə koronavirusla əlaqədar 500-dən çox adam karantindədir.


Create Account



Log In Your Account