May 14 2020 11:00
Elshad Aliyev
Views: 50

Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 1082 nəfərdir, onlardan 241-i tibb işçisidir.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Medemin Karatayev bu gün Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, indiyədək koronavirusdan 726 nəfər sağalıb. Ölkədə bu virusdan 12 nəfər ölüb, karantində təxminən 1 100 nəfər var.

Nazir müavini deyib ki, pandemiya dövründə 70 min test həyata keçirilib.

Bildirilib ki, indiyədək 22 xarici ölkədən 9 196 Qırğızıstan vətəndaşı ölkəyə gətirilib və bu proses davam edir.


Create Account



Log In Your Account