May 18 2020 11:20
Elshad Aliyev
Views: 33

Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 1216 nəfərə çatıb, onlardan 251-i tibb işçiləridir.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. Bildirilib ki, indiyədək koronavirusdan 804 nəfər sağalıb,14 nəfər həyatını itirib. Bu virusdan karantində 1 400-dən çox adam var.

Nazir müavini deyib ki, son iki gündə ölkəyə Rusiyadan 539 Qırğızıstan vətəndaşı gətirilib və xəstə sayı məhz onların hesabına artır.

Vurğulanıb ki, ümumiyyətlə indiyədək 22 xarici ölkədən 10 mindən artıq vətəndaş ölkəyə gətirilib və bu proses davam edir.

N.Usenbayev bildirib ki, pandemiya dövründə ölkədə 80 min test həyata keçirilib.


Create Account



Log In Your Account