Apr 10 2020 11:03
Elshad Aliyev
Views: 71

Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 18 nəfər artaraq 298-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə nazirinin müavini Mademin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O, bildirib ki, yeni virusa yoluxanların 11-i kişi, 7-si qadındır. Yeni koronavirusa yoluxanların sayı da karantində olanların hesabına artıb.

Nazir müavini deyib ki, indiyədək 30 xəstə sağalıb və evə yazılıb, 4 nəfər dünyasını dəyişib, tibb işçiləri arasında koronavirusa yoluxanların sayı 34 nəfərdir.


Create Account



Log In Your Account