May 11 2020 10:42
Elshad Aliyev
Views: 48

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1016 nəfərə çatıb və bunlardan 235-i tibb işçiləridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə nazirinin müavini Nurbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, indiyədək ölkədə koronavirusdan 668 xəstə sağalıb, evə buraxılanların 180-i tibb işçiləridir. Virusdan ölənlərin sayı 12 nəfərdir.

Qeyd olunub ki, bu gündən banklar, özəl xəstəxanalar, sığorta və turizm şirkətləri, puldəyişmə məntəqələri, məişət xidmətləri, bütün növ ticarət obyektləri öz fəaliyyətini bərpa edir.


Create Account



Log In Your Account