Apr 08 2020 12:43
Elshad Aliyev
Views: 81

Qırğızıstanın üçüncü ən böyük şəhəri olan Cəlalabadın infeksiya xəstəxanası həkimlərin və digər tibb personalının koronavirusa yoluxması səbəbindən bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə naziri Sabirjan Abdıkarimov Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir deyib ki, xəstələr Oş şəhərinin xəstəxanalarına köçürülüb. Xəstəxanada tam dezinfeksiya işləri aparıldıqdan sonra açılacaq.

Hazırda ölkədə 270 koronavirus xəstəsi var, onların 32-si tibb işçisidir. Bu ölkədə koronavirusdan 4 nəfər ölüb.


Create Account



Log In Your Account