Feb 07 2017 17:50
Ulviyye Sabirqizi
Views: 1531

Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardiri üçün təsis edilən “Qızıl buts” mükafatı uğrunda mübarizənin liderləri açıqlanıb.

Cədvələ qabonlu Pyer-Emerik Obameyanq başçılıq edir.

Almaniya Bundesliqasında 17 qol vuran afrikalı hücumçu 34 xalla hamıdan öndədi. PSJ-nin bombardiri Edinson Kavani ondan 1 xal geri qalır. 22 qol vuran uruqvaylının hesabında 33 xal var.
3-cü pillənin 5 şəriki var. Bunlar Luis Suares (“Barselona”, İspaniya), Lionel Messi (“Barselona”, İtaliya), Bas Dost (“Sportinq”, Portuqaliya), Ronelu Lukaku (“Everton”, İngiltərə) və Dries Mertensdi. (”Napoli”, İtaliya). Onlar hərəyə 16 qolla 32 xal toplayıblar. 9 futbolçunun isə 30 xalı var. Bu oyunçular 15 topla belə göstəriciyə nail olub.

Azərbaycan Premyer Liqasının bombardirlərinin liderlərlə müqayisəsi isə yersiz görünür. 1 əmsala malik yarışda hərəyə 7 qol vuran “Qəbələ”nin futbolçuları Baqali Dabo və Filip Ozobiç öndədi.

 


Create Account



Log In Your Account