Feb 27 2020 14:43
Elshad Aliyev
Views: 97

Qızıl Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 11,4 faizinə bərabərdir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov deyib.

O bildirib ki, qızılın Neft Fondunun investisiya portfelinə daxil edilməsi portfelin şaxələndirilməsi və inflyasiyaya qarşı hedcinq siyasəti ilə bağlı olmaqla, ilk növbədə strateji xarakter daşıyır. Son zamanlarda qlobal və regional miqyasda geosiyasi gərginliyin, eləcə də maliyyə bazarlarında qeyri-müəyyənliyin artması fonunda, bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır.

“2019-cu il dekabrın 31-nə qızılın ARDNF-in investisiya portfelində ümumi həcmi 11,4 faiz (101,2 ton və ya 4,93 milyard dollar) təşkil edib. Alınan qızılın 1,77 tonu (81 milyon dollar) “AzerGold” QSC tərəfindən hasil edilən qızılın payına düşür. Qızıl alışları bazar qiymətlərinə uyğun olaraq həyata keçirilib. İnvestisiya portfelinin həcmi və qiymət amilləri nəzərə alınaraq qızıl Neft Fondunun investisiya portfelində nəzərdə tutulan hədəf payına (yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri) müvafiq olaraq artırıla bilər”, - deyə İ.Məmmədov qeyd edib.

 


Create Account



Log In Your Account