May 14 2020 13:31
Elshad Aliyev
Views: 69

2020-ci ildə qlobal neft tələbatının sutkada 8 milyon 600 min barrel azalacağı nəzərdə tutulur. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Sözügedən azalmada COVID-19-la əlaqədar 187 ölkənin sərhədlərini bağlaması və ya məhdudlaşdırması nəticəsində nəqliyyat və iqtisadiyyatdakı hərəkətliliyin azalmasının əsas rol oynadığı bildirilir.

IEA-ya görə, cari ildə neftə olan gündəlik tələbatda 35 milyon 100 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 28 milyon 900 min barrellə Amerika qitəsi və 13 milyon 200 min barrel ilə Avropa qərarlaşacaq.

Cari ildə qlobal neft tələbatının sutkada 91-92 milyon barrel civarında olacağı gözlənilir.


Create Account



Log In Your Account