May 13 2020 12:16
Elshad Aliyev
Views: 50

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) cari ildə qlobal neft və maye yanacaq tələbatının gündəlik orta hesabla 92,6 min barrel olacağını gözləyir. Bu, əvvəlki illə müqayisədə 8,1 milyon barrel azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə EIA-nın hesabatında deyilir.

Administrasiya gələn il üzrə qlobal tələbatın sutkalıq 7 milyon barrel çoxalaraq 99,6 milyon barrel təşkil edəcəyini nəzərdə tutur.

Cari ilin birinci rübündə isə gündəlik tələbat 94,1 milyon barrel olub ki, bu da əvvəlki ilə müqayisədə 5,8 milyon barrel azdır.


Create Account



Log In Your Account