Dec 29 2016 11:06
Ulviyye Sabirqizi
Views: 1797

Qaz təchizatında Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur. 

Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək. Bu, daha ətraflı məlumat əsasında şəbəkəyə effektiv nəzarət etmək, habelə yığım səviyyələrinin artımına nail olmaq imkanı qazandıracaq.
 
Həmçinin bildirilir ki, səmərəliliyin artırılması hesabına qənaət edilmiş təbii qaz miqdarının (təbii qaz qurğularından) TAP və TANAP layihələri vasitəsilə Avropaya ixrac olunacaq.
 
Bütün bölgələr üzrə təbii qazın paylanması zamanı baş verən texniki itkilərin 8%-dək azaldılması (əgər hər hansı bölgə üzrə itki səviyyəsi 8%-dən aşağı olarsa,
bunun eyni səviyyədə qalacağı ehtimal edilir) nəzərdə tutulub.
 
Qeyd edək ki, bu cür tədbirlərin 2025-ci ildən sonrakı dövrdə həyata keçirilməsi nəzərdə tutulub.


Create Account



Log In Your Account