May 06 2021 12:08
Elshad Aliyev
Views: 120

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda yerləşən “Qərbi Azəri” platformasının işi planlaşdırılmış dayandırılmadan sonra bərpa edilib.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, "Qərbi Azəri" platformasında2021-ci il aprel ayının 22-də başlanıb15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

"Proqramda nəzərdə tutulmuş bütün işlər – inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilata başlanılıb", - məlumatda qeyd edilir.

Məlumata görə, hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.


Create Account



Log In Your Account