Apr 20 2021 15:03
Elshad Aliyev
Views: 116

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, növbəti beşillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu yaxınlarda hazır olunacaq növbəti 5 il üçün Strateji Yol Xəritəsi də bu 5 Milli Prioritetə əsaslanacaq.

“Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərimizin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Bizim əsas məqsədlərimizdən biri də postpandemiya dövründə ölkədə iqtisadi artımın bərpa olunmasıdır. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının proqnozlarına görə, artıq bu il Azərbaycan 2-3 faiz iqtisadi artım formalaşdıra bilər”, - deyə V.Qasımlı əlavə edib.


Create Account



Log In Your Account