Apr 15 2020 11:39
Elshad Aliyev
Views: 76

İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergiödəyicilərinin siyahılarını təqdim edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergiödəyicilərinin siyahılarını təqdim edir (siyahılar mütəmadi olaraq yenilənəcək). İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilmiş aşağıdakı keçidlərdən istifadə etməklə bu siyahılarla tanış olmaq mümkündür:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw

Qeyd edək ki, bu linklərdən istifadə etməklə vergiödəyiciləri, həmçinin pandemiyadan zərərçəkmiş sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.


Create Account



Log In Your Account