Jan 31 2017 15:48
Ferah Sabirqizi
Views: 984

Quşa bənzər dron. İsveçrəli alimlər yeni yüksək manevrli pilotsuz uçuş aparatı hazırlayıblar.

İsveçrədə quşa bənzər pilotsuz uçuş aparatı hazırlanıb. Süni lələklər sayəsində hərəkət edən qanadlar drona fəzada rahat manevr etmək imkanı verir. Yaradıcılarda bu Pilotsuz Uçuş aparatını yaratmaq ideyası quşları müşahidə edərkən yaranıb. İsveçrəli alimlərin yeni yüksək manevrli pilotsuz uçuş aparatı digərlərindən bir çox üstünlüklərinə görə seçilir.
 
Ənənəvi dronlar müəyyən bir formaya malikdilər, onların qanadları konkret şərtlərə uyğunlaşdıılıb. Məsələn, onlar çox güclü küləkdə uçmalıdırlar. Ya da yüksək manevr qabiliyyətinə malik olmalıdırlar. Bizim aparatın əsas üstünlüyü ondan ibarətdir ki, biz bütün bu funksiyaları bir pilotsuz uçuş aparatında birləşdirə bilmişik.
 
Mühəndislərin sözlərinə görə, quşa bənzər pilotsuz uçuş aparatı aşağı yüksəkliklərdə və şəhər şəraitində də rahat uça bilər. Bunun sayəsində aparatdan əşyaların çatdırılması, ya da axtarış-xilasetmə əməliyyatlarında istifadə etmək olar. 


Create Account



Log In Your Account