Mar 16 2020 17:02
Elshad Aliyev
Views: 112

Qubada açılan bayram satış yarmarkasında ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 20-30 faiz ucuz satılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Meydanında təşkil olunan yarmarkada fermerlər və rayondakı istehsal müəssisələri tərəfindən alıcılara müxtəlif çeşiddə 15 tona yaxın məhsul təqdim olunub.

Yarmarkada mal əti 9, qoyun əti isə 10 manata satılıb.

Bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkaya gələn azyaşlılara və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara Quba Rayon İcra Hakimiyyəti tərəfindən bayram hədiyyələri də təqdim edilib.

İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər, eləcə də alıcılar yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.


Create Account



Log In Your Account