Aug 10 2020 14:18
Elshad Aliyev
Views: 48

Qubada dağlıq ərazidə yanğın olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən xəbərə görə, avqustun 10-da səhər saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Dəvədabanı yaşayış massivi ətrafında olan dağlıq ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında FHN-nin əməkdaşları ilə birlikdə fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan RPŞ-nin və FHN-nin əməkdaşları, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.

Yanğının baş vermə səbəbləri araşdırılır.


Create Account



Log In Your Account