Mar 26 2020 13:21
Elshad Aliyev
Views: 39

Quba rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında şəhərinin küçə və prospektləri, yaşayış binalarının ətrafı və insanların kompakt toplaşdığı başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılıb.

İnfeksiyanın yayılma təhlükəsini nəzərə alaraq Quba rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həmçinin məktəbəqədər və ümumi təhsil müəssisələri, kitabxana və klublar, ictimai binalar kütləvi dezinfeksiya edilib. Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Quba Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə müvafiq göstərişlər verilib.

Rayonda yaradılan operativ qərargah tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq dezinfeksiyaedici tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur. Həmçinin əhali arasında geniş maariflənmə işləri aparılır, sakinlərə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi izah edilir.


Create Account



Log In Your Account