Jan 23 2021 17:25
Bakhtiyar Hasanov
Views: 64

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində növbəti dəfə Qubadlı rayonunda xidmət edən hərbi qulluqçularımıza zəruri ərzaq məhsulları göndərilib.

CBC xəbər verir ki, 2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçularımız üçün də göndərilib.

2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq. Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.

https://www.youtube.com/watch?v=oceue_kS8DM&feature=emb_logo

 


Create Account



Log In Your Account