Dec 23 2019 13:09
Elshad Aliyev
Views: 119

Qusar rayonunun Düztahir kəndinin 104 yaşlı sakini bələdiyyə seçkilərinə səsvermədə iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1915-ci il təvəllüdlü Vəlimətova Nazirat Məhəmməd qızı səhhəti ilə əlaqədar məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

Səyyar seçki qutusunu qeydiyyatda olduğu 51 saylı Qusar seçki dairəsinin 20 saylı seçki məntəqəsindən onun yaşadığı ünvana gətiriblər. Seçdiyi namizədlərə səs verən 104 yaşlı Nazirat nənə xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

Bu vaxtadək Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Nazirat Vəlimətova indi yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Elə bu səbəbdən də son illərdə keçirilən seçkilərdə onun yaşadığı ünvana daşınan seçki qutusu gətirilir. Onun 8 övladı, 18 nəvəsi və 10 nəticəsi var.

51 saylı Qusar seçki dairəsi üzrə yaşı 100-dən yuxarı cəmi iki seçici qeydə alınıb. Bu dairə üzrə ümumilikdə qeydə alınan seçicilərin sayı 44 min 400 nəfərdir. Seçicilər 25 bələdiyyə üzrə 625 namizəd arasında seçim edir.


Create Account



Log In Your Account