Apr 30 2020 18:08
Elshad Aliyev
Views: 142

Koronavirus (COVID-19) pandemiyasının vә bundan irəli gələrək dünya enerji və sәhm bazarlarında baş verən kəskin dalğalanmaların Azәrbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə mәşğulluq məsələlərinə vә sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması istiqamətində Azәrbaycan Respublikası Mәrkəzi Bankının İdarə Heyətinin 2020-ci il 23 aprel tarixli qərarı ilə əlavə dəstəkləyici tədbirlər təsdiq edilib. Bu qərar koronavirus pandemiyasının, həmçinin kapital bazarı iştirakçılarına mәnfi təsirinin azaldılmasını nəzərdə tutur.

Maliyyə bazarlarının tənzimləyici orqanı olan Mərkəzi Bankın qeyd edilən qərarı ilə bağlı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının aprelin 30-da keçirilmiş iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzəştlərin verilməsi istiqamətində müvafiq qərar qəbul olunub.

MDM-dən AZƏRTAC-a bildirilib ki, həmin qərara əsasən, mayın 1-dən etibarən aşağıdakılar təsbit edilib:

- Fond birjasında səhmlərin vә istiqrazların təkrar bazarında bağlanan əqdləri habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mәrkəzinə ödənilәn tariflər sentyabrın 30-dək ləğv edilir;

- Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları vә ipoteka istiqrazları ilә bağlanan təkrar bazar əqdləri üzrә hesablaşmalar sentyabrın 30-dək “T+1” rejimindən “T+0” rejiminə keçirilir.


Create Account



Log In Your Account