May 12 2021 13:04
Elshad Aliyev
Views: 144

Azərbaycanın Mərakeşdəki səfirliyində Azərbaycan –Mərakeş Dostluq Cəmiyyətilə birgə ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

AZƏRTAC xəbər verir ki, tədbirə Ulu Öndərin səfirlikdəki büstü önünə əklil qoyulması ilə başlanılıb.

Səfir Oktay Qurbanov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanın XX əsrin ikinci yarısında inkişafının əsası Ümummilli Lider tərəfindən qoyulub.

O qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyətin bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Xalqımız Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərini heç vaxt unutmayacaq. Məhz göstərdiyi misilsiz hünər və şücaətə, tarixi qəhrəmanlığına görə Azərbaycan xalqı onu özünün Ümummilli Lideri adlandırıb.

Azərbaycan–Mərakeş dostluq qrupunun katibi, keçmiş SSRİ-də təhsil almış Dr.M.Faquri Heydər Əliyevin keçmiş sovet dövləti qarşısındakı xidmətlərindən də danışaraq, onun geniş erudisiyaya malik bir siyasətçi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Çıxış edənlər Heydər Əliyevin müasir Azərbaycan tarixində misilsiz xidmətlərini diqqətə çatdırıblar, habelə Azərbaycan-Mərakeş münasibətlərinin qurulmasında 1994-cü ildə Kasablankada iki ölkənin liderləri - Heydər Əliyev və Kral II Həsən arasındakı tarixi görüş barədə danışıblar.


Create Account



Log In Your Account