Feb 24 2020 10:56
Elshad Aliyev
Views: 45

Rabat şəhərində Mərakeş Krallığının Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutu və Məğrib ölkələri üzrə UNESCO-nun Regional Bürosunun təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş mədəni tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin dəstəyi ilə Rabatda yaşayan azərbaycanlı məktəblilər Rəvan Məmmədbəyli, Fərid Ağazadə və Elçin Əlizadə tərəfindən Xalq şairi Səməd Vurğunun “Azərbaycan” və Abbas Səhhətin “Vətən” şeirləri doğma dildə səslənib, Fərəhnaz Məmmədbəyli tərəfindən “Sarı gəlin” Azərbaycan xalq rəqsi ifa edilib.

Tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Əmaziğ Mədəniyyəti üzrə Kral İnstitutunun rektoru Əhməd Bukus Azərbaycan təmsilçilərinin ifasından böyük zövq aldığını qeyd edərək, onların tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

 


Create Account



Log In Your Account