Dec 27 2019 15:31
Elshad Aliyev
Views: 148

"Rabitəbank" ASC-nin müştəriləri vəsaitlərini kartdan-karta komissiyasız köçürə biləcəklər.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Rabitəbank"ın əməkhaqqı kartlarından yeni "Kartmane" kartlarına və yaxud yeni "Kartmane" kartları arasındakı pul köçürmələrindən artıq heç bir komissiya tutulmayacaq. Bu əməliyyatlar bankın rəqəmsal xidmətləri üçün keçərlidir. Belə ki, rahat dizayn və özəlliklərə malik olan "Rabitabank"ın Mobil tətbiqi, "Telegram" və "Facebook Messenger" üzərindən fəaliyyət göstərən "RabitəBot" və İnternet Bankçılıq xidmətləri üzərindən qeyd olunan kartlar arasındakı pul köçürmələrində komissiya haqqı tutulmayacaq.

Qeyd edək ki, "Rabitəbank" Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitəbank Mobile" adlı mobil əlavəsi, internet bankçılıq və "RabitaBot" adlı çatbotu ilə müştərilərin xidmətindədir.


Create Account



Log In Your Account