Mar 06 2020 16:32
Elshad Aliyev
Views: 192

“Rabitəbank” ASC nağd pul krediti üçün müraciət edən xanımlara üç təklifdən birini seçərək 15 000 manatadək, zaminsiz isə 10 000 manatadək kreditlər təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniya komissiya və sığorta xərclərsiz, 36 ay deyil tam 50 ay müddətinə 15,9 faiz dərəcəli kredit təklif edir.

Qeyd edək ki, “Rabitəbank” kredit əldə edən xanımlara “Kartmane” debit və yaxud “Kartmane” kredit kartını hədiyyə olaraq təqdim edir. Kampaniya 9 mart 2020-ci ilədək davam edəcək.

Digər kampaniya isə “8 mart, 8 faiz cashback” imkanıdır ki, bu da “Kartmane” sahibləri olan xanımlara 8 mart tarixində, “Kartmane” ilə bütün kafe və restoran ödənişləri zamanı 5% deyil, tam 8% cashback qazandıracaq. Kampaniya yalnızca 8 mart 2020-ci il tarixində keçərlidir.

Daha ətraflı məlumat üçün www.rabitabank.com saytından almaq olar. Həmçinin 24/7 rejimində çalışan Nəsimi filialından və həftəiçi 20:00-dək çalışan “Sahil” filialı, “Sumqayıt” və “Gəncə” filiallarına yaxınlaşaraq nağd pul krediti və “Kartmane” kartını əldə etmək mümkündür.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.


Create Account



Log In Your Account