Mar 29 2021 15:05
Elshad Aliyev
Views: 135

Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq fətva veriləcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ-nin Qazılar Şurasının fətvasında bəyan ediləcək.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadla müəyyən edir.

 


Create Account



Log In Your Account