Aug 10 2018 17:21
Ferah Sabirqizi
Views: 101

Türkiyənin milli komandasında təmsil olunan Azərbaycan əsilli idmançı Ramil Quliyev daha bir tarixi uğura imza atıb. O, Avropa Atletika Çempionatının 200 metrlik yarışında 19,76 dərəcə ilə qızıl medal qazanıb. Ramil Quliyev bu nəticə ilə çempionat rekordu qırıb. Qələbənin ardından atleti ilk təbrik edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

CBC-yə eksklüziv müsahibəsində Ramil Quliyev bildirib ki, Avropa çempionu olması onun gələcək idman karyerası üçün böyük bir nailiyyətdir.

“Final çox həyəcanlı keçdi. Öz gücümə bələdəm və bilirdim ki, yüksək nəticə əldə edə bilərəm. Bunun üçün son bir ildə çox çalışdım. Mənə inanan və dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Çünki bu dəstək olmadan həmin uğuru qazana bilməzdim”.

R.Quliyev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından medallarla dönəcəyinə də inanır.

 


Create Account



Log In Your Account