Feb 23 2018 16:52
Ferah Sabirqizi
Views: 467
Bu gün Nizami Kino Mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və Nizami Kino Mərkəzinin  dəstəyi ilə  “Iran Kinosu Günləri”nin açılış mərasimi  keçiriləcək.
 
Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri,  İran səfirliyini fövqəladə və səlahiyyətli səfiri  doktor Cavad Cahangirzadə,    Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri doktor Abuzər İbrahimi Türkman,  və İran kinematoqrafiyasının tanınmış simaları  iştirak edəcək.
 
Açılış mərasiminin  rəsmi hisssindən sonra “Badiqard” bədii filmi nümayiş olunacaq.
 
Kino Günləri ərzində fevralın 24-də saat 16:00  və 20:00-da “Xəyalın şirin tamı”, fevraın 25-də saat 16:00  və 20:00-da “Divanə top”, fevraın 27-də saat 18:00-da  “Ayaqqabım hanı?”, bədii filmləri  şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
 

Create Account



Log In Your Account