May 14 2020 16:36
Elshad Aliyev
Views: 44

İran ilə ABŞ arasında məhbusların mübadiləsi istiqamətində işlər davam edir. AZƏRTAC xəbər verir ki, Tehran ilə Vaşinqton arasında diplomatik əlaqə olmadığı üçün vasitəçilik missiyasını İsveçrənin İrandakı səfirliyi yerinə yetirir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-da həbs edilən professor Sirus Əsgərinin yaxın günlərdə İrana veriləcəyini bildirib. Nazirin sözlərinə görə, ABŞ məhkəməsi məlumat oğurluğunda və sanksiya rejimini pozmaqda ittiham edilən professorun günahsız olduğun bildirib və onun azad edilməsi haqqında qərar verib.

ABŞ-ın Daxili Təhlükəsizlik nazirinin müavini Kaan Kuçenelli bildirib ki, ABŞ-da qanunsuz yaşayan 11 İran vətəndaşı saxlanılıb və onların deportasiya olunması üçün sənədlər hazırlanıb. Nazir müavini İrana müraciət edərək vətəndaşlarının ABŞ-da çıxarılması üçün təyyarə göndərilməsini istəyib. O bildirib ki, İran təyyarə göndərərsə deportasiya edilən bütün iranlılar vətənlərinə göndəriləcəklər.


Create Account



Log In Your Account