Nov 13 2017 11:11
Naile Hesenova
Views: 34

Bu gün İran İslam Şurası Məclisinin (parlament) fövqəladə iclası çağırılıb. İran parlamentindən bildiriblər ki, deputatlar dünən gecə saatlarında baş vermiş zəlzələnin törətdiyi dağıntıları, zərər çəkmiş vətəndaşlara yardım məsələlərini müzakirə edəcəklər.
Parlamentin iclası qapalı keçiriləcək.
Xatırladaq ki, dünən gecə İranın qərbində baş verən 7,6 bal gücündəki zəlzələ nəticəsində 200-dən çox insan ölüb, 2 mindən çox insan müxtəlif bədən xəsarəti alıb. Yaralananlar arasında ağır vəziyyətdə olanlar da var.

 


Create Account



Log In Your Account