Dec 25 2019 13:17
Elshad Aliyev
Views: 106

Dekabrın 27-də İran, Rusiya və Çinin hərbi dəniz donanmaları Hind Okeanında birgə hərbi təlimə başlayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Rusiyaya yeni təyin olunan səfiri Kazım Cəlali verib. O bildirib ki, hər üç dövlətin hərbi təlim keçirməkdə məqsədi terrorçuluğa və dəniz quldurlarına qarşı yönəlib. Hind Okeanında təhlükəsizliyin təmin olunması vacib məsələlərdən biridir. Təlimlər, həmçinin Fars körfəzi sularında da keçiriləcək.

Səfir nəzərə çatdırıb ki, Hind Okeanı vasitəsi ilə İranın limanlarına daxil olan gəmilərin yükləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi olan dəmir yolu ilə Azərbaycan və Rusiya daşınacaq. Cənub–Şərqi Asiya dövlətləri Rusiya və Avropa ölkələri ilə ticarət əlaqələrini bu beynəlxalq dəhliz vasitəsi ilə qururlar və buna görə də Hind Okeanında təhlükəsizliyin təmin olunması əhəmiyyətli məsələdir.


Create Account



Log In Your Account