Apr 03 2020 10:46
Elshad Aliyev
Views: 78

İranın şimal-qәrbindә yerlәşәn Qәrbi Azәrbaycan vilayәtinin Siyah Çeşme mәntәqәsinin 43 kilometrliyindә 4,7 bal gücündә zәlzәlә baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 10:14-da, 12 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.


Create Account



Log In Your Account