Apr 29 2020 09:44
Elshad Aliyev
Views: 65

İndoneziya, Filippin, Şri-Lanka, İraq, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər dövlətlərdə fəaliyyət göstərən tanınmış cərrah və həkimlər Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məktub göndəriblər.

AZƏRTAC xəbər verir ki, 170 nəfər həkim və cərrah ÜST-dən ABŞ-a təsir göstərərək İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına nail olmağı tələb edib. Məktubda bildirilir ki, sanksiyalar İrana tibbi ləvazimat və preparatların almasına imkan vermir ki, bu da növbəsində koronavirusa qarşı mübarizəyə böyük maneə törədir. Məhz sanksiyaların nəticəsidir ki, bu gün İranda günahsız insanlar xəstəlikdən əziyyət çəkir. Həkimlər sanksiyalın insanlığa sığışmadığını bildiriblər.

Qeyd etmək lazımdır ki, ÜST-in fəaliyyəti ABŞ-dan asılıdır. ABŞ-ın maliyyə dəstəyi və resursları olmasa ÜST fəaliyyəti dayanar.

Nəzərə çatdırmaq lazımdır ki, prezident Donald Tramp ÜST-nın Baş direktoru Tedros Adhanomu koronovirus barədə vaxtında və düzgün məlumat verməməkdə, hətta məlumatları gizlətməkdə, eləcədə korrupsiyada ittiham edir və onun istefaya çağırır. D. Tramp ÜST-də maliyyə ayırmaqdan imtina etdiyini də bəyan edib.

Odur ki, bu məktubun nə qədər təsirli olacağını demək çətindir.


Create Account



Log In Your Account