Jun 18 2021 12:57
Elshad Aliyev
Views: 100

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı tətbiq edilən bəzi iqtisadi sanksiyaların aradan qaldırılması haqqında qərar qəbul edib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində İrana bir sıra malların, xəstəliyin profilaktikası və diaqnostikası, eləcə də müalicəsi üçün dərman və tibbi ləvazimatların idxalına icazə verilib.

İcazə 2022-ci ilin 17 iyuluna qədər qüvvədə qalacaq. 

 


Create Account



Log In Your Account