Apr 10 2020 14:13
Elshad Aliyev
Views: 74

İranda son sutka ərzində daha 122 nəfər koronavirusdan vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 4232 nəfərə çatıb.

K. Cahanpur bildirib ki, ötən sutka ərzində daha 1 972 nəfər koronavirusa yoluxub, ümumilikdə İranda bu virusa yoluxanların sayı 68 192 nəfərə çatıb.

O qeyd edib ki, 3 969 nəfərin vəziyyəti ağırdır, indiyə kimi isə 35 465 nəfər sağalıb.


Create Account



Log In Your Account