Mar 26 2021 15:08
Elshad Aliyev
Views: 158

İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 223 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7980 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 838 803 nəfərə çatıb. 

 


Create Account



Log In Your Account