Mar 19 2020 11:08
Elshad Aliyev
Views: 38

“İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür”.

APA-nın “independentturkish.com”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Keyanuş Cahanpur "Twitter"də bildirib.

“İranda hər 10 dəqiqədə bir nəfər koranavirusa görə həyatını itirir. Bir saatda təxminən 50 nəfər virusa yoluxur”, - deyə o qeyd edib.

Mətbuat xidmətinin rəhbəri vətəndaşlara Novruz tətilində səfərlər etməmək, qonaq getməmək barədə xəbərdarlıq edib.

Xatırladaq ki, İranda koronavirusdan ölənlərin sayı 1135-ə çatıb. 


Create Account



Log In Your Account